Xarici İşlər naziri Elmar Məmmədyarov Marşal Adalarından olan həmkarı ilə görüşdü


Digərləri 25 Sen 2019 00:42:11 322 0

Xarici İşlər naziri Elmar Məmmədyarov Marşal Adalarından olan həmkarı ilə görüşdü

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Marşal Adaları Respublikasının Xarici İşlər və Ticarət Naziri Con Silk ilə görüşdü

Bakı. BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Marşal Adaları Respublikasının Xarici İşlər və Ticarət Naziri Con Silk ilə görüşdü. Nazirlikdən Trend-ə verilən məlumata görə, Nazirlər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin müxtəlif aspektləri üzrə fikir mübadiləsi apardılar və ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladılar. Tərəflər, Azərbaycan və Marşal Adaları arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdilər. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər üzrə məlumat mübadiləsi keçirildi. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin