Azərbaycan nefti ucuzlaşdı


Digərləri 24 Sen 2019 23:14:30 316 0

Azərbaycan nefti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 23-də 67,45 dollar/barel təşkil edib

Bakı. Kəmalə Məmmədli - CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 23-də 67,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,41 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,41 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,62 dollar/barel azdır.