Düzgün prezervativ seçməyin 3 vacib şərti –


Digərləri 24 Sen 2019 23:05:00 367 0

Düzgün prezervativ seçməyin 3 vacib şərti –

Bu gün apteklərdə satışda onlarla müxtəlif adda, cəlbedici, yeni qoruyucu vasitələr təklif olunur. Kişilər, bəzən də qadınlar elə tez-tələs, utana-utana bu vasitəni alıb, tezbazar cibində gizlədib çıxır. Sonra isə problemlər başlayır. Prezervativ ya tez sıradan çıxır, ya problem yaşadır və işə yaramır.

Son.az medicina.az-a istinadən mövzunun aktuallığını nəzərə alıb, düzgün qoruyucu seçməyin əsas, vacib qaydalarının təlimatını maarifləndirici məqsədlə təqdim edir. Və bu materialı nəinki kişilər, həmçinin qadınlar oxumalıdır.

1.İlk öncə düzgün ölçüdür

Təbii ki, prezervativ standart ölçüdə ola bilməz. Hər insana özünə uyğunu var. Dəqiq ölçünü tapmaq üçün kişi cinsiyyət üzvünü ereksiya vəziyyətində olarkən lent kimi santimetlə ölçməlidir.

Bu zaman en, uzunluq və diametr (dairəvi) ölçülür. Bütün 3 parametr bir yerə qeyd olunur.  Məsləhətdir, ölçməni ayrı-ayrı vaxtlarda 3 dəfə təkrarlayasız ki, düzgünlüyünə əmin olasınız.

Prezervativlərin ölçüləri

Dünyada müxtəlif ölkələrdə istehsalçılar müxtəlif ölçü sistemindən istifadə edir: rəqəm, hərf və s. Necə ki, geyimlərdə olduğu kimi. Avropa istehsalı standartında enindən bir neçə mm kiçik olur, Asiya istehsalında isə bir neçə mm böyük. -S - Smail - kiçik ölçü -M - Medium - orta ölçü -L - Large - böyük -XXL - çöx böyük ölçü - Extra

Ölçülər qutuda yazılır.

Düzgün, tam öz ölçünüzə uyğun prezervativ yırtılmır, cırılmır, sizi etibarlı qoruyur, taxılması və çıxarılması çox rahat olur.

Ölçüyə uyğun olmayan isə qorunma şansını 20% azaldır. Çox kiçik prezervativ orqanın dərisini sürtüb infeksiya sala bilər.  

Geniş olan isə sürüşüb çıxır.

Ən yaxşısı hansıdır?

Maksimum dəqiq, düzgün ölçüdə prezervativ istehsal edən marka alman markası My Size-dir. Onun məhsulları eninə görə 47-69 mm arası dəyişir. Bizim bazarda çox olan Durex və Vizit isə  uzunluğuna görə populyardır. Daha böyük və enli ölçüləri internet mağaza və apteklərdən xüsusi sifariş etmək olur.

(adsgarden = window.adsgarden || []).push({});