Regionlardakı turizm obyektlərinin işçilərinə təlimlər keçiriləcək


Digərləri 24 Sen 2019 22:53:24 284 0

Regionlardakı turizm obyektlərinin işçilərinə təlimlər keçiriləcək

Dövlət Turizm Agentliyi turistlərin daha çox istiqamət tutduğu bölgələrdəki mehmanxana, restoran və şərab zavodlarında çalışan işçilərə təlimlər keçəcək.

Bakı. İlhamə İsabalayeva - Dövlət Turizm Agentliyi turistlərin daha çox istiqamət tutduğu bölgələrdəki mehmanxana, restoran və şərab zavodlarında çalışan işçilərə təlimlər keçəcək. Agentlikdən Trend-ə verilən məlumata görə, dekabr ayında başlanması planlaşdırılan təlimlərin əsas məqsədi bu turizm obyektlərində çalışan kadrların bilik və bacarıqlarını, peşəkarlıq səviyyəsini artırmaqdır. Layihə "Mehmanxana biznesinin idarə olunması və personalın xidmət keyfiyyətinin artırılması", "Restoran biznesinin idarəolunması və personalın xidmət keyfiyyətinin artırılması", ""Şərab marşrutu" üzrə yerləşən şərab istehsalı və satışı müəsissələrinin turizm nümayiş obyektlərinə çevrilməsi" modulları üzrə həyata keçiriləcək. İlkin mərhələdə ölkənin 25 rayonunda fəaliyyət göstərən turizm obyektlərinin sahibləri ilə sorğular keçirilib və onların hansı sahələr üzrə təlimlərə ehtiyac duyduqları öyrənilib.