Xərçəngin ən çox yayılma səbəbi


Digərləri 24 Sen 2019 22:40:00 210 0

Xərçəngin ən çox yayılma səbəbi

"Environmental Working Group" qeyri-kommersiya təşkilatının alimləri, içməli suyun içindəki çirkləndiricilərin təkcə ABŞ-da, bir nəsil ərzində 100 mindən çox xərçəng xəstəliyinə səbəb ola biləcəyini aşkar etmişdir. Bu barədə "Phys.org" agentliyi bildirmişdir.

Son.az deyerler.org-a istinadən bildirir ki, tədqiqatçılar, ABŞ-ın 48,363 su sistemində 22 kanserogen maddənin insan sağlamlığına təsirini hesablamışdır. Bədxassəli şişlərin əmələ gəlməsinin yüksək riskinin əksəriyyəti arsen, dezinfeksiya məhsulları, həmçinin uran və radium kimi radioaktiv elementlərlə əlaqəli olması aşkar edilmişdir.

Qrunt sularından istifadə edən su təchizat sistemləri daha təhlükəlidir. Çirkləndiricilər normal konsentrasiya səviyyəsinə çatmasada, insan üçün zərərli ola bilər.

Ümumiyyətlə, içməli suyun içindəki çirkləndiricilər səbəbiylə xərçəng əmələ gəlmə riski, digər hallarda xərçəngin yaranma riskindən iki dəfə yüksəkdir.

(adsgarden = window.adsgarden || []).push({});