Bakıda italyan pianoçunun konserti keçirilib (FOTO)


Digərləri 24 Sen 2019 22:33:26 212 0

Bakıda italyan pianoçunun konserti keçirilib (FOTO)

Beynəlxalq Muğam Mərkəzində italiyalı pianoçu, beynəlxalq müsabiqələr laureatı Aleksandr Hacıyevin solo konserti keçirildi.

Bakı. Sentyabrın 22-də ilk dəfə olaraq Beynəlxalq Muğam Mərkəzində italiyalı pianoçu, beynəlxalq müsabiqələr laureatı Aleksandr Hacıyevin solo konserti keçirildi. Trend-in məlumatına görə, XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən konsertdən əvvəl əslən Azərbaycanlı olan italiyalı pianoçu təəssüratlarını bölüşdü. Bildirdi ki, Azərbaycanın milli muğam sənətinin simvolu olan səhnədə çıxış etməyim də mənim üçün bir hadisədir. Çox gözəl səhnədir. Binanın arxitekturası çox gözəl təəssürat yaradır.