Birinin varlı, o birinin kasıb olması alın yazısıdır?


Digərləri 24 Sen 2019 22:15:00 260 0

Birinin varlı, o birinin kasıb olması alın yazısıdır?

İnsanlar bəzən acizlik üzündən özlərinə haqq qazandırmaq üçün hər şeyi alın yazısı və tale ilə bağlayırlar. Bəzi məsələlərin ilahi qəzavü-qədərlə olması mümkündür. Lakin bəzi məsələlər insanın öz səyindən və davranışından asılıdır. Məsələn, bir şəxsin öz varlı atasından miras olaraq sərvət əldə etməsi və varlanması onun özündən asılı deyil. Amma sonradan qazanılan sərvət hər şeydən öncə insanın özündən asılıdır. Əgər insan çalışqanlıq göstərsə və maddi vəsait qazanmaq üçün düşünülmüş addımlar atsa, istəyinə çata bilər. Əlbəttə, burada başqa amillərin də rol oynaması mümkündür. Məsələn, bəzi şərtlər sərvət əldə etməyə kömək edə bilər, bəzi şərtlər isə, əksinə, buna mane ola bilər. Lakin bu şərtlər də insanın özündən asılıdır.

(adsgarden = window.adsgarden || []).push({});