Süni intellekt 26 dəri xəstəliyini dermatoloqlar qədər doğru yoxladı


Digərləri 24 Sen 2019 22:05:00 263 0

Süni intellekt 26 dəri xəstəliyini dermatoloqlar qədər doğru yoxladı

Hər gün fərqli sahələrdə inkişaf etməkdə davam edən və insanların həyatlarını asanlaşdırma istiqamətində araşdırılan süni intellekt tətbiqləri, dəri xəstəliklərinin diaqnozunda həkimlərə köməkçi ola bilər. Google şirkəti tərəfindən yaradılan öyrənmə sistemi də bu mövzuda olduqca müvəffəqiyyətli bir iş nümayiş etdirdi.

Son.az deyerler.org-a istinadən bildirir ki, dəri xəstəlikləri soyuqlama, yorğunluq və baş ağrısından sonra dünyada ən geniş şəkildə yayılmış xəstəliklər sırasındadır. Hətta dünya üzərində xəstələrə tətbiq olunan müalicələrin 25%-nin dəri xəstəlikləriylə əlaqədar olduğu və bu miqdarın klinikalarda 37%-ə çıxdığı təxmin edilir.

İnsanlar arasında bu qədər məşhur olan bu vəziyyət, Google araşdırmaçılarını mövzu haqqında araşdırma aparmağa həvəsləndirdi. Google araşdırmaçıları, süni intellekt sisteminin ən məşhur dermatoloji xəstəlikləri müəyyən edə biləcək qabiliyyətə sahib olub olmadığını araşdırdı. "Fərqli diaqnozlu dəri xəstəlikləri üçün dərin öyrənmə sistemi" məqaləsində və ona yoldaşlıq edən bloq yazısında 26 dəri xəstəliyini doğru təsbit etdiyi ifadə edildi. Bundan əlavə, bu müvəffəqiyyətin ABŞ-dakı sertifikatlı dermatoloqlarla bərabər səviyyədə olduğu əlavə olundu.

(adsgarden = window.adsgarden || []).push({});