D vitamini çatışmayanlar vaxtından əvvəl ölə bilər –


Digərləri 24 Sen 2019 22:07:00 258 0

D vitamini çatışmayanlar vaxtından əvvəl ölə bilər –

D vitamin defisiti hazırda Azərbaycanda qlobal səviyyədə problemə çevrilib. Alimlər vaxtında bu çatışmazlıqla mübarizə aparmağa bizi səsləyir.

Son.az medicina.az-a istinadən bildirir ki, D vitamin əskikliyi ilə vaxtından əvvəl erkən ölüm riski arasında əlaqənin araşdırılması mövzusunda nəhəng elmi tədqiqat başa çatıb.

Alimlər Avropa Diabet Assosiasiyasının konqresində nəticələri məruzə ediblər. Avstriya alimlər qrupu tədqiqatda 78 min qadın və kişinin tibbi məlumatlarını təhlil edib. Bu insanlar 1991-2011 illər arasında 3-4 dəfə D vitamini analizi veriblər.

Nəticələr göstərib ki, kimdə ki, bu vitamin 6-10 nmol/l və daha az idi, onlar digərlərindən daha tez vəfat etmişdilər. Xüsusən erkən ölüm onları 45-60 yaş arasında haqlamışdı.

35-90 nmol və daha yüksək miqdarda D vitamini olanlarda isə erkən ölüm riski 40% azalıb. 75 yaşdan sonra vəfat edənlərin ölümü ilə  D vitamini arasında heç bir əlaqə tapılmayıb.

(adsgarden = window.adsgarden || []).push({});