İmam Zaman ağanın İmam Hüseynə (ə) müraciətləri


Digərləri 24 Sen 2019 22:10:00 274 0

İmam Zaman ağanın İmam Hüseynə (ə) müraciətləri

Bütün Məsumlarımızın (ə) İmam Hüseyn (ə) müsibəti barəsində nəzərləri və fikirləri vardır. İmam Zaman ağanın (ə.f) cəddi İmam Hüseyn (ə) barəsindəki nəzərləri ilə tanış olaq.

İmam Zaman ağa (ə.f) buyurur: "Möminlərin İmamı olan Hüseyn ibni Əliyə (ə), peyğəmbərlərin (ə) varisinə, Allahın aləmdəki hüccətinə salam göndər!".

İmam Məhdi (ə.f) bu kəlamı ilə cəddinin üç sifətinə işarə etmişdir:

1. Möminlərin İmamıdır.

2. Mursəl peyğəmbərlərin (ə) elminin varisidir.

3. Allahın yer üzərində olan hüccətidir.

İmam Zaman ağa (ə.f) başqa yerdə buyurur: "Salam olsun sənə, salam o kəsə ki, sənin vilayət və dostluğunda xalisdir".

İmam (ə.f) bu kəlamı ilə bizə göstəriş verir ki, İmam Hüseynin (ə) vilayət və dostluğunda xalis olaq.

İmam Zaman (ə.f) İmam Hüseynə (ə) xitab edərək, buyurur: "Şəhadət verirəm ki, sən hökmlər mədəni idin".

İmam Hüseyn (ə) - o İmamdır ki, birbaşa Peyğəmbərin (s) tərbiyəsini görmüş və İlahi elmin sirlərini babasından əldə etmişdir. Ona görə də o, Peyğəmbər (s) elminin varisidir.

İmam Zaman ağa (ə.f) başqa buyuruşunda deyir: "Salam olsun sənə, hörmət və ehtiramına olan agah salam".

İmam (ə.f) bu kəlamında bizə göstəriş verir ki, İmam Hüseyn (ə) haqqında olan mərifətimizi artıraq və onun vilayətini agah şəkildə qəbul edək.

(adsgarden = window.adsgarden || []).push({});