Soyuqdan elektrik yaradan generator


Digərləri 24 Sen 2019 21:50:00 226 0

Soyuqdan elektrik yaradan generator

İndiki dövrdə günəş batareyalarının ən böyük mənfi cəhəti gün ərzində elektrik çıxararkən, gecə çıxara bilməməsidir. Kaliforniya Universitetinin (UCLA) mühəndisləri günəş batareyalarının tam tərsi formada işləyəcək bir cihaz icad etdilər.

Bu cihaz soyuq gecələrdə bir led lampanı yandıra biləcək qədər enerji çıxara bilir. Cihaz termoelektrik prinsip əsasında işləyir, yəni elektrik cərəyanı iki səth arasındakı istilik fərqiylə yaranır.

Son.az deyerler.org-a istinadən bildirir ki, bu fikirdən ilhamlanaraq düşərgə ocağından elektrik əldə edilərək telefon enerji ilə təmin edilə bilir ya da geyimlərdən elektrik əldə edilə bilir.

Bu proses xüsusilə gecələri soyuyan səthlərdə müşahidə edilir. Gecələr atmosferin maneə törətmədiyi enerji yayılaraq səthi soyudur. Daha əvvəl enerji istifadə etmədən, radiasiya soyumasıyla binaların soyudulması üzərində edilən təcrübələrin ümid vəd etdiyi müşahidə edilmişdi. UCLA araşdırmaçıları bu iki prinsipi birləşdirərək öz termoelektrik generatorlarını yaratdılar.

(adsgarden = window.adsgarden || []).push({});