Dünya Bankı Bakı ilə bir neçə yeni


Digərləri 24 Sen 2019 21:16:00 271 0

Dünya Bankı Bakı ilə bir neçə yeni

Dünya Bankı (DB) Azərbaycanla tərəfdaşlıq strategiyasının keçid dəyərləndirilməsini aparır.

Son.az bildirir ki, bunu Trend-ə DB-nin Cənubi Qafqaz üzrə regional direktoru Sebastyan Molineus deyib.

O bildirib ki, hazırda strateji tərəfdaşlığın keçid dəyərləndirilməsi aparılır:

"Bu proses zamanı biz strategiyanın reallaşdırılmasının birinci yarısında əldə olunan nəticələri təhlil edirik, hər hansı bir dəyişikliyin lazım olub-olmamasını dəyərləndiririk. Hazırda biz Azərbaycan hökuməti ilə bir neçə yeni və maraqlı layihələri müzakirə edirik. Bu, bizim adətən birgə işlədiyimiz sahələri əhatə edir. Biz nəqliyyat kimi ənənəvi sahə ilə yanaşı, hökumətin özünüməşğulluq proqramına dəstək göstərilməsi kimi yeni sahədə işləməyə ümid edirik. Amma vacib bir məsələni qeyd edim: Dünya Bankı hökumətlərə layihə təqdim etmir. Dəstəklədiyimiz bütün layihələr dövlət layihələridir və biz bu layihərlərin reallaşdırılmasında maliyyə və texniki biliklərimizi təklif edirik".

Regional direktor qeyd edib ki, cari tərəfdaşlıq strategiyası 2020-ci ildə başa çatır və Dünyü Bankı növbəti dövr üçün yeni strategiya təqdim etmək niyyətindədir: