Fransada yeni etirazlar başladı


Dünya 24 Sen 2019 21:36:00 333 0

Fransada yeni etirazlar başladı

Fransanın müxtəlif regionlarında fermerlərin etiraz aksiyaları başlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, etiraz aksiyaları Paris yaxınlığındakı Eson departamentində, Yuxarı Qaronna departamentində, eləcə də Kale yaxınlığında keçirilib.

Etiraz aksiyalarına səbəb, hazırda müzakirə olunan qanun layihəsidir. Bu layihyə əsasən, yaşayış zonaları yaxınlığındakı kənd təsərrüfatı sahələrində pestisidlərdən istifadə qadağan olunacaq.

Yeni qanun qəbul olunsa, həmin qaydalar 2020-ci ilin əvvəlindən qüvvəyə minəcək.