David Brown varlılar üçün restomod hazırlayıb FOTO


Digərləri 24 Sen 2019 21:30:00 265 0

David Brown varlılar üçün restomod hazırlayıb  FOTO

İki il bundan öncə, David Brown şirkəti varlı müştərilərinə qeyri-adi avtomobilləri təklif etməyə başlayıb. Mini Remastered adlandırılmış avtomobillər müasir texniki hissəyə malik olan və ciddi şəkildə bərpa edilmiş klassik Mini modelləri idi. Klassik avtomobildən yalnız kuzovun karkası, silindr bloku, transmissiyanın karteri və bir sıra detallar götürülürdü. Mini Remastered modelinin qiyməti 70 min funt sterlinqdən başlanması belə müştəriləri pəjmürdə etməyib.

Son.az autograph.az-a istinadən bildirir ki, bunu görən şirkət klassik modelin daha bahalı Oselli Edition versiyasını hazırlamaq qərarına gəlib. Yeni model Oselli Classics & Sports Cars firması ilə birlikdə yaradılıb. Sonuncu firma oldtaymerlərin bərpası ilə məşğuldur. Lakin, bu dəfə firma mütəxəssisləri mühərrikin təkmilləşdirilməsi üçün cəlb olunublar. Onlar BMC seriyasından olan dördsilindrli mühərrikin həcmini 1275-dən 1420 kub.sm ədər artıraraq, yeni giriş və çıxışı quraşdırıblar. Nəticədə, mühərrikin gücü 79-dan 101 at qüvvəsinə qədər artırılıb. Transmissiya isə, beşinci pilləyə sahib olub.

Mini Remastered Oselli Edition modelinin hərəkət hissəsi də təkmilləşdirilib. Hetçbek tənzimlənən Spax amortizatorlarına, öndə dördporşenli əyləc mexanizmlərinə, arxada yüngüllehimli baraban əyləclərinə, həmçinin enli disk və təkərlərə sahib olub. Zahiri dəyişikliklər təkər tağlarının genişləndiricilərindən, radiator barmaqlığındakı əlavə işıqlardan və kuzovdakı zolaqlardan ibarətdir. Salonda yarış oturacaqları quraşdırılıb. Arxa oturacaqların yerinə təhlükəsizlik karkasını da sifariş etmək olar.

Dördyerli Mini Remastered Oselli Edition modelinin qiyməti 98 min funt sterlinqdir. Karkas quraşdırılmış ikiyerli variant üçün isə, 108 min funt sterlinq ödəmək gərəkdir. 13 sentyabrda Goodwood Revival tədbirində debüt edəcək Remastered modelindən 60 ədəd buraxılacaqdır.

(adsgarden = window.adsgarden || []).push({});