Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün FOTO


Digərləri 24 Sen 2019 21:18:00 355 0

Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün  FOTO

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) "Azərbaycanda Məhərrəmlik mərasimləri: dünən və bu gün" mövzusunda "dəyirmi masa" keçirilib.

İnstitutdan Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Aİİ rektoru Ceyhun Məmmədov Azərbaycanda dövlət-din münasibətlərinin qorunmasına, milli-mənəvi dəyərlərin yaşadılmasına xüsusi diqqət və qayğı göstərildiyini qeyd edib.

Aİİ-də maarifləndirmə məqsədilə mütəmadi olaraq müxtəlif seminarların və görüşlərin təşkil edildiyini bildirən rektor bugünkü "dəyirmi masa"nın Azərbaycanda Məhərrəmlik mərasimləri mövzusuna həsr oldunduğunu söyləyərək, bu ayın və Aşura gününün mahiyyəti haqqında fikirlərini bildirib. C.Məmmədov bildirib ki, Kərbəla hadisəsi birlik və bərabərliyimizi möhkəmləndirməli, vətənpərvərliyimizi, düşmənə qarşı mübarizə ruhumuzu daha da gücləndirməlidir.

Aİİ rektoru vurğulayıb ki, məhərrəmlik ənənələrinin qorunub saxlanılması, Aşura günü qanvermə aksiyalarının təşkil olunması Azərbaycanın dini ənənələrə, xüsusən də Kərbəla hadisəsinin qeyd edilməsinə humanist bir töhfəsidir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini F.Nurullayev bildirib ki, İslam tarixi səhnəsində Kərbəla faciəsi dəhşətli olduğu kimi, ibrətlərlə də dolu bir hadisədir.

QMİ-nin sədr müavini daha sonra bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir. Sevindirici haldır ki, Azərbaycanda qanvermə aksiyası ilə bağlı mövcud olan ənənə tədricən digər müsəlman ölkələrinə də yayılır.

Şərqşünas, Qarabağ Seyid Ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli çıxışı zamanı mühüm məsələyə toxunaraq bildirib ki, Vətənimizdə dövlət və xalq birliyi sayəsində dünyanı, xüsusilə müsəlman aləmini bürümüş terror və təxribatçılıq əməllərinin qarşısı qətiyyətlə alınır. Aşura insanlıq sevgisi ətrafında hamını bir araya gətirən dəyərdir. Ondan parçalanma, təxribat, ayrı-seçkilik üçün istifadə etmək həm İmam Hüseynə (ə.), həm xalqımıza, həm də Allahın bizə lütf etdiyi ən böyük nemət olan müstəqil dövlətçiliyimizə qarşı xəyanətdir.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bildirib ki, Məhərrəm ayı döyüşlərin qadağan edildiyi ay olmaqla yanaşı, həm də İmam Hüseynin (ə) şəhadəti ilə tarixə həkk olunub. Məzhəbindən asılı olmayaraq, bu faciəni tarix boyunca, bütün müsəlmanlar dərin hüznlə qarşılamış, Kərbəla şəhidlərinin xatirəsini əziz tutmuşlar.

(adsgarden = window.adsgarden || []).push({});