Volkswagen Frankfurtda naməlum prototip nümayiş etdirib FOTO


Digərləri 24 Sen 2019 21:01:00 237 0

Volkswagen Frankfurtda naməlum prototip nümayiş etdirib  FOTO

Frankfurtda keçirilən avtosalonda Volkswagen şirkəti təkcə ID.3 elektrik hetçbekini göstərməklə kifayətlənməyib. Alman istehsalçısı öz stendində zolaqlı kamuflyaja bürünmüş naməlum prototipi də nümayiş etdirib.

"Automotive News" nəşrinin jurnalistləri ilə kuluarlarda söhbət Volkswagen nümayəndələri alman istehsalçısının gələn ilin yazında yeni elektrik krossoverini nümayiş etdirəcəyini bildiriblər. Yeni elektrokarın ID.4 adlandırılacağı qeyd edilib. Ən maraqlısı isə, alman istehsalçısı bu məlumatı rəsməntəsdiqləməsə də, stendində prototipi nümayiş etdirməkdən çəkinməyib.

Son.az autograph.az-a istinadən bildirir ki, şayiələrə görə, yeni seriya elektromobili 2017-ci ildə debüt edən VW ID Crozz konseptinin seriya variantı olacaqdır. Fotocəsuslar artıq ümumi istifadə yollarında konseptə bənzəyən prototiplərə də rast gəliblər. Məlum məsələdir ki, ID.4 də dünən Frankfurtda debüt etmiş ID.3 hetçbeki ilə eyni platformada - MEB platformasında inşa ediləcəkdir. Əvvəllər VW nümayəndələri krossoveri ümumi hasilatı 300 at qüvvəsi olan iki elektromotorla təchiz edəcəklərini də bildirmişdilər.

Böyük ehtimalla, VW ID.4 modeli alman markasının Şimali Amerikada təklif etdiyi ilk elektromobili olacaqdır, çünki Volfsburqda beşqapılı ID.3 hetçbekini Amerikada satmağı planlaşdırmırlar. Bununla belə, okeanın o tayında həm krossoverlərə, həm də elektromobillərə olan tələbat kifayət qədər böyükdür.

(adsgarden = window.adsgarden || []).push({});