Feyxoanın bilmədiyiniz 10 faydası –


Digərləri 24 Sen 2019 21:05:00 245 0

Feyxoanın bilmədiyiniz 10 faydası –

Feyxoa Azərbaycanda bitən əvəzsiz nemətdir. Bizə əlçatan olduğu üçün özümüzü xoşbəxt hesab edə bilərik.

Tərkibi unikal olan bu meyvə bütün bədən, orqanizm üçün faydalıdır. Çoxları elə bilir ki, o sadəcə təzyiq və zob xəstələri üçün vacibdir, yodla zəngindir. Son.az medicina.az-a istinadən bu sirli meyvənin bilmədiyiniz, amma elmə, tibbə məlum faydalarını təqdim edir.

Hansı xəstələr feyxoanı bol yeməlidir?

1.Qəbizliyə qarşı, həzm, mədə-bağırsaq problemləri

Feyxoanın ləti liflərlə zəngin olduğu üçün bağırsaqların peristaltikasını artırır, mədə şirəsini hasilini tənzimləyir. Qəbizliyə qarşı ideal meyvədir. Eləcə də yoğun və düz bağırsaq şişləri ilə mübarizə aparır.

Bir fincan feyxoada 16 qr lif vardır, bu da qarında köpmə, həzmsizlik üçün faydalıdır.

2.Ürək damar xəstəlikləri, xolesterin, yüksək təzyiqdə

Feyxoa kaliylə zəngin olduğu üçün hipertenziya riskini azaldır. Damarları rahatladır, boşaldır, təzyiqi normallaşdırır.  Eləcə də feyxoada olan C, B6 vitamini ürəyin işi üçün vacibdir. Gün ərzində bir iki ovuc feyxoa yemək bu dozanı ödəyir, infarkt, ürəyin işemik xəstəliklərinə qarşı təsirlidir.

3.İnfeksiyalarla mübarizə aparır

Gündə cəmi 3 ədəd feyxoa yemək kifayətdir ki, immunitetə infeksiyalarla mübarizədə dəstək verəsiz. C vitamini antioksidantdır, bu da antivirus və kanserogen təsiri ilə məşhurdur.

4.Sinir sistemini möhkəmlədir

Feyxoada olan folat və fol turşusu Alsgeymer kimi əqli xəstəliyin qarşısını alır. Feyxoa beyin qan dövranını yaxşılaşdırır, yaddaşı gücləndirir, koqnitiv və neyron aktivliyi artırır

5.Hamilələr üçün çox vacibdir

Feyxoada olan fol turşusu dölün yaxşı inkişafı, beyni üçün vacibdir. Hamilələrdə zob, anemiya problemlərini də həll edir, hemoqlobini qaldırır.

(adsgarden = window.adsgarden || []).push({});