Kosmosdakı soyuqdan yenilənə bilən enerji yaradıldı


Digərləri 24 Sen 2019 21:05:00 243 0

Kosmosdakı soyuqdan yenilənə bilən enerji yaradıldı

Əlimizdəki təbii qaynaqları istehlak etdikcə yenilənə bilən enerji axtarışımız davam edir. Bu məzmunda fərqli sahələr kəşf etməyi ümid edən elm insanları, kosmosun soyuğunu istifadə edərək enerji yarada bildilər. Həm də 30 dollarlıq bir alət ilə.

Yenilənə bilən enerjiyə qarşı olan sevgi, heç olmadığı qədər çoxdur. Bunun səbəbi isə aydındır: təbii qaynaqlarımız məhduddur və biz bir gün bunları bitirəcəyik. Buna görə bir çox şirkət günəş, külək və sudan yenilənə bilən enerji istifadəsinə keçmək üçün səy sərf edir.

Son.az deyerler.org-a istinadən bildirir ki, bəs, bu qaynaqlardan başqa, nə kimi yenilənə bilən enerji qaynaqları var? Görünən odur ki, kosmos boşluğundakı dondurucu soyuq da bir qaynaq olaraq istifadə edilə bilərmiş. Keçən cümə axşamı Kaliforniya Universitetinin araşdırmaçıları nəşr etdiyi bir araşdırmada, 30 dollarlıq bir cihaz istifadə edərək kosmosun soyuqluğunu enerjiyə çevirə biləcəyəni göstərdi.

Araşdırmaçıların istifadə etdiyi və belə bir iş üçün pulsuz deyilə biləcək bir alət ilə, bir lampanı işıqlandırmağa çatacaq olan enerji yaradıldı. Hər nə qədər bir şəhərin, bölgənin ya da bir evin elektrikini bu üsulu istifadə edərək təqdim etmək bu an üçün mümkün olmasa da, texnologiyanın ciddi bir potensialı var.

(adsgarden = window.adsgarden || []).push({});