Şairə mərsiyə yazmağa ƏhliBeyt kömək etdi


Digərləri 24 Sen 2019 21:10:00 250 0

Şairə mərsiyə yazmağa ƏhliBeyt kömək etdi

Möhtəşəm Kaşaninin bir oğlu var idi ki, dünyasını dəyişmişdi və alim onun haqqında şeir yazmışdı. Bir gecə yuxuda Həzrət Peyğəmbəri (s) görür ki, ona buyurur: "Sən övladın üçün mərsiyə deyirsən, ancaq mənim övladım barəsində demirsən".

Möhtəşəm nəql edir: Yuxudan ayıldım və bilmədim ki, Həzrətin (ə) mərsiyəsini necə başlayım. Sonrakı gecə Həzrət (s) yenə yuxuma gəldi və buyurdu: "Niyə oğlumun müsibəti haqqında mərsiyə demədin?".

Dedim: "İndiyə qədər bu vadiyə qədəm basmamışam".

Həzrət mənə buyurdu: "De: "Bu, nə həyəcandır ki, aləmin xəlqində baş verir?!""

Yuxudan ayıldım və bu misranı başlanğıc qərar verdim. Sonra şeirin qalanını yazdım və nəhayət bu misraya gəlib çatdım: "Zulcəlalın özünün olmasına baxmayaraq kədərdən...".

Bu misrada qaldım və nə yazacağımı bilmədim.

Gecə yuxuda Həzrət İmam Zaman ağanı (ə.f) gördüm ki, buyurdu: "Niyə öz mərsiyəni sona çatdırmırsan?".

(adsgarden = window.adsgarden || []).push({});