“İlham Əliyev. İnkişaf məqsədimizdir” çoxcildliyinin 89cu kitabı çapdan çıxıb


Siyasət 24 Sen 2019 20:52:00 82 0

“İlham Əliyev. İnkişaf  məqsədimizdir” çoxcildliyinin 89cu kitabı çapdan çıxıb

Azərbaycanda ümumi savadlılıq səviyyəsi 100 faizə yaxındır. Bu, çox gözəl göstəricidir. Bu gün dünyada savad, bilik, texnologiyalar hər şeyi həll edir. Baxın inkişaf etmiş ölkələrin vəziyyətinə. Onların arasında ancaq yüksək texnologiyalara malik olan ölkələr vardır. Təbii ehtiyatlar, neft-qaz resursları - bunlar sadəcə olaraq bir vasitədir. Ölkələri inkişafa doğru aparan əsas amillər savad, bilik, texnologiyalar, innovasiyalar, yeniliklərdir. Ona görə Azərbaycanda gənclər çox bilikli, savadlı olmalıdırlar. Azərbaycanda müasir texnologiyalara çox böyük dəstək verilir, bu, dövlət siyasətidir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, "İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin yenicə çapdan çıxmış 89-cu kitabında yer alan bu fikirləri dövlətimizin başçısı Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış massivində 28 saylı tam orta məktəbin açılış mərasimində çıxışı zamanı söyləyib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin növbəti kitabındakı materiallar 2018-ci ilin avqust ayından oktyabradək olan dövrü əhatə edir.

Çoxcildliyin 89-cu kitabında Prezident İlham Əliyevin Rusiya Federasiyasına, Xorvatiya, Tacikistan və Qırğız respublikalarına səfərləri, həmçinin Rusiya, Türkiyə və Monqolustan prezidentlərinin Azərbaycana səfərləri zamanı apardığı danışıqlara, imzalanan sənədlərə dair informasiyalar, mətbuata bəyanatların mətnləri toplanıb.

Nəşrdə Azərbaycan Prezidentinin Yaponiya, İsrail, Avstriya, Bolqarıstan, ABŞ və digər dövlətlərin, ATƏT-in, NATO-nun yüksəkvəzifəli nümayəndələrini qəbul etməsinə dair materiallar yer alıb.

Prezident İlham Əliyev bütün görüş və danışıqlarda diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.

Oxucu kitabda dövlətimizin başçısının Bakı şəhərinin erməni işğalçılarından azad edilməsinin 100 illiyinə həsr olunmuş möhtəşəm paradda və Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə Milli Məclisdə keçirilmiş təntənəli iclasda çıxışlarının mətnləri ilə tanış ola bilər.

Azərbaycan Prezidentinin Masallı, Biləsuvar, Xızı, Lənkəran, Astara rayonlarına, Quba şəhərinə səfərlərinə dair materiallar, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, digər mühüm tədbirlərdə nitqlərinin mətnləri də bu nəşrə daxil edilib.

Kitabda "Qeydlər", "Şəxsi adlar", "Coğrafi adlar" göstəriciləri verilib.

"Azərnəşr" tərəfindən buraxılan 89-cu kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

Bayılda neft buruqlarının mühərrikləri oğurlanıb like
  • 24 Sen 20:49  
Kriminal Bayılda neft buruqlarının mühərrikləri oğurlanıb

Səbail rayonu Bayıl qəsəbəsində yerləşən neft buruqlarının mühərrik

arrow Ətraflı
Vurğun Əyyubun vəsiyyəti ilə dəfnində "Ruhani" çalındı like
  • 24 Sen 20:47  
Digərləri Vurğun Əyyubun vəsiyyəti ilə dəfnində "Ruhani" çalındı

Bu gün vəfat edən keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının

arrow Ətraflı
Bakıda 21 yaşlı oğlanı öldürməyə cəhd edən şəxsə 3 il cəza verildi like
  • 24 Sen 20:44  
Kriminal Bakıda 21 yaşlı oğlanı öldürməyə cəhd edən şəxsə 3 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsinə qəsdən adam öldürməyə cəhddə t

arrow Ətraflı
Zidan: "Nə vaxt ki, uduzuruq, komandadan göndərilirəm" like
  • 24 Sen 20:40  
İdman Zidan: "Nə vaxt ki, uduzuruq, komandadan göndərilirəm"

Real-ın baş məşqçisi Zinəddin Zidan komandadan g&ou

arrow Ətraflı
Rusiya Yeri qoruyacaq lazer qurğusu yaratdı like
  • 24 Sen 20:39  
Digərləri Rusiya Yeri qoruyacaq lazer qurğusu yaratdı

Rusiyanın Samara şəhərində planetimizi asteroidlərdən qoruya biləcək ek

arrow Ətraflı
Ruhaniyə NyuYorkda gəzmək qadağan edildi like
  • 24 Sen 20:34  
Dünya Ruhaniyə NyuYorkda gəzmək qadağan edildi

ABŞ hakimiyyəti BMT Baş Assambleyası zamanı İran Prezidenti Həsən Ruhani

arrow Ətraflı
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 89-cu kitabı çapdan çıxıb like
  • 24 Sen 20:33  
Digərləri “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 89-cu kitabı çapdan çıxıb

Azərbaycanda ümumi savadlılıq səviyyəsi 100 faizə yaxındır. Bu, çox g

arrow Ətraflı
Deputat aksiya iştirakçılarına atəş açdı, like
  • 24 Sen 20:24  
Dünya Deputat aksiya iştirakçılarına atəş açdı,

Haiti parlamentinin deputatı Jean Marie Ralph Fethiere ölkədə hökm sürən

arrow Ətraflı
Heydər Əliyev Fondu şəhid oğlunun müalicəsinə dəstək oldu like
  • 24 Sen 20:21  
Siyasət Heydər Əliyev Fondu şəhid oğlunun müalicəsinə dəstək oldu

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi Tərtə

arrow Ətraflı
Heydər Əliyev Fondu şəhid oğlunun müalicəsinə dəstək oldu like
  • 24 Sen 20:18  
Digərləri Heydər Əliyev Fondu şəhid oğlunun müalicəsinə dəstək oldu

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi Tərtər rayo

arrow Ətraflı
Beynəlxalq Mülki Aviasiya Təşkilatının 75 illiyi münasibətilə poçt markası buraxılıb (FOTO) like
  • 24 Sen 20:16  
Digərləri Beynəlxalq Mülki Aviasiya Təşkilatının 75 illiyi münasibətilə poçt markası buraxılıb (FOTO)

“Azərmarka” Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 75 illiyin

arrow Ətraflı