Çaylarda sululuq dəyişdi


Digərləri 24 Sen 2019 20:54:00 254 0

Çaylarda sululuq dəyişdi

Respublikanın çaylarında mövcud vəziyyət açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan çox olmaqla normanın 120 faizini, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normadan çox olmaqla 50-150 faizini, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az və normadan çox olmaqla 50-150 faizini təşkil edir.

Sentyabrın 23-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 128 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 85 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 130 m3/s olmaqla, ongünlük normaya yaxın olub.

Sentyabrın 23-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 64 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 67 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 55 m3/s təşkil etməklə ongünlük normadan az olub.

Sentyabrın 23-də Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 51 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 86 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 52 m3/s təşkil etməklə ongünlük normaya yaxın olub.