Ruhaniyə NyuYorkda gəzmək qadağan edildi


Dünya 24 Sen 2019 20:34:00 215 0

Ruhaniyə NyuYorkda gəzmək qadağan edildi

ABŞ hakimiyyəti BMT Baş Assambleyası zamanı İran Prezidenti Həsən Ruhaninin Nyu-Yorkda hərəkət etmək imkanını məhdudlaşdırıb.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, Ruhani Manhettendə yerləşən BMT qərargahını təkbaşına tərk edə bilməz. Bundan əlavə, o, oteldə qalmaq üçün xüsusi icazə alıb.

Xatırladaq ki, ABŞ hakimiyyəti ötən cümə axşamı İran Prezidentinə və Xarici İşlər naziri Məhəmməd Cavad Zərifə BMT Baş Assambleyasında iştirak etmək üçün viza verdi. O anadək Ruhani və Zərifin Baş Assambleyanın işində iştirakı sual altında idi.