Rusiya Yeri qoruyacaq lazer qurğusu yaratdı


Digərləri 24 Sen 2019 20:39:00 258 0

Rusiya Yeri qoruyacaq lazer qurğusu yaratdı

Rusiyanın Samara şəhərində planetimizi asteroidlərdən qoruya biləcək eksperimental lazer qurğusu yaradılıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Korolyov adına Samara Milli Tədqiqat Universitetinin mətbuat xidməti informasiya yayıb.

Məlumata görə, rus alimlərin hazırladığı qurğu gələcəkdə qlobal asteroidlərdən müdafiə sistemlərinə çevrilə bilər. Bundan əlavə, sözügedən texnikadan sənayedə də istifadə etmək mümkündür.

Eksperimental lazer qurğusunda diod şüalarından və təsirsiz qazların atomlarından istifadə edildiyi bildirilir. Bu, daha güclü və keyfiyyətli şüa axını meydana gətirməyə imkan verir.

(adsgarden = window.adsgarden || []).push({});