Bakıda naməlum avtomobil 36 yaşlı qadını vurub qaçdı


Digərləri 24 Sen 2019 20:30:26 206 0

Bakıda naməlum avtomobil 36 yaşlı qadını vurub qaçdı

Bakıda qadını avtomobil vurub.

Bakı. Samir Əli - Bakıda qadını avtomobil vurub. Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib. Naməlum avtomobil Binəqədi rayonu, C.Xəndan küçəsi ilə Azadlıq prospektinin kəsişməsində Binəqədi qəsəbə sakini, 1983-cü il təvəllüdlü Mehtiyeva Ramilə Əlizadə qızını vurub. Sürücü dərhal hadisə yerindən qaçıb. Yaralı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.