Beynəlxalq Mülki Aviasiya Təşkilatının 75 illiyi münasibətilə poçt markası buraxılıb (FOTO)


Digərləri 24 Sen 2019 20:16:27 290 0

Beynəlxalq Mülki Aviasiya Təşkilatının 75 illiyi münasibətilə poçt markası buraxılıb (FOTO)

“Azərmarka” Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 75 illiyinə həsr olunmuş poçt markasını tədavülə buraxıb.

Bakı. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 75 illiyinə həsr olunmuş poçt markasını tədavülə buraxıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, buraxılış 1 markadan ibarət poçt bloku formasında hazırlanıb. Blokun ölçüsü 85x102 mm, markanın ölçüsü 37x52 millimetrdir. Blokda buludların fonunda təyyarə qanadı təsvir olunub, aşağı sol küncdə isə “ICAO 2019 – 75 years connecting the world / 75 ildir dünyanı birləşdirir” mətni yerləşdirilib. Markanın üzərində “ICAO”-nun loqotipinin elementlərinin davamı olaraq xüsusi basmanaxış çap üsulu ilə “75” rəqəmi təsvir edilib. “Azərmarka”nın baş rəssamı Vüqar Əyyubov tərəfindən dizayn edilmiş poçt bloku 8 000 ədəd tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub.