İntim fotoları ilə qadının başına oyun açdı


Kriminal 24 Sen 2019 20:04:00 373 0

İntim fotoları ilə qadının başına oyun açdı

Abşeron rayonunda qadını şantaj etməkdə təqsirli bilinən Sahil Mirzəzadənin barəsində cinayət işi başlanıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxs və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Sahil Mirzəzadə sosial şəbəklərdən birində Ləman Səlimova (ad və soyad şərti verilib - red.) ilə tanış olub. Daha sonra o, qadının intim fotolarını əldə edib.

Bundan sonra Sahil Mirzəzadə fotoların yayılmaması üçün Ləmandan xeyli miqdarda pul tələb edib.

Şantaj olunan qadın hüquq-mühafizə orqanlarına şikayət edib. Şikayət əsasında keçirilən əməliyyat nəticəsində Sahil Mirzəzadə cinayət başında yaxalanıb.

Onun barəsində toplanan cinayət işi üzrə material baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.