Sensasiya: 140 milyon il əvvəl yoxa çıxmış qitə tapıldı


Digərləri 24 Sen 2019 19:29:00 271 0

Sensasiya: 140 milyon il əvvəl yoxa çıxmış qitə tapıldı

Avropa və Sakit okeanın altına çökmüş qitələrə dair izlər tapan araşdırmaçılar bunun daha böyük kəşflərə yol açacağını iddia edir. Yunan filosofu Sokratın tələbəsi Platon 2 min il əvvəl öz kitablarında baş verən şiddətli zəlzələ və sellərin Atlantida adlı qitə və ya sivilizasiyanı yoxa çıxarmasından bəhs edirdi.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Platondan əsrlər sonra araşdırmaçılar Atlantidanın bir əfsanə olmadığı qənaətindədir.

Platondan sonra itmiş qitələr haqda çoxsaylı rəvayətlər uyduruldu, nəzəriyyələr irəli sürüldü. Lakin aparılan yeni araşdırmalar Atlantida və buna oxşar itmiş şəhər və qitələrin sadəcə əfsanədən ibarət olmadığını ortaya qoyur.

Araşdırmaçılar Platonun irəli sürdüyü nəzəriyyələrin gerçək olduğunu deyir. Platonun iddia etdiyi miqyasda olmasa da, itmiş qitələr gerçəkdir və bunların bəşəriyyətə böyük təsirləri olub.

Hollandiyanın Utrext Universitetinin araşdırmaçısı Dav Van Hinsbergen "Böyük Adriya" adlanan itmiş qitələrin sirlərini çözməyə çalışır...

Böyük Adriyanın sirləri

Sentyabrın əvvəlində "Gondvana" jurnalında yayımlanan bir məqalədə Van Hinsbergen və həmkarları ilk dəfə Böyük Adriyanı ortaya çıxarmaq üçün Aralıq dənizinin dibində və sahillərindəki qayalıqlarda araşdırmalara başladığını açıqladılar. Van Hinsbergenə görə, araşdırma aparılan qayalar Qrenlandiyaya qədər uzanır.

Ehtimala görə, Böyük Adriya okean dibində yox, Cənubi Avropa ölkələrinin altındadır. Elm adamları 140 milyon il əvvəl iki qitənin toqquşduğunu iddia edir. Bu prosesdə Böyük Adriya tamamilə çökərək indiki İtaliya, Yunanıstan və Baltik ölkələrinin altında qalıb.

Üstəgəl, çökmüş yeganə qitə Böyük Adriya deyil, araşdırmalar keçmişdə yoxa çıxan digər qitələri ortaya çıxarmaqda davam edir.

(adsgarden = window.adsgarden || []).push({});