Tarixin işığında: Əylis


Digərləri 24 Sen 2019 17:14:00 253 0

Tarixin işığında: Əylis

Bu yerin dağı lısdı,                                            Ya eldi, ya ulusdu,                                            Bu dərədə bir yurd var,                                            Adı da Ağ-ulusdu.

Ağulusdan-bu qədim türk elindən oxucularımıza salam olsun! Salam olsun, həm də o kəslərə ki, illərdir Azərbaycanın qədim yaşayış məskənlərindən olan bu yurd yerini sevib, əzizləyib, tarixini hifz edərək gələcək nəsillərə miras kimi ötürüblər. O səbəbdən ki, Ordubadın bu dilbər guşəsi hələ keçmiş zamanlarda öz gözəlliyinə görə "bala İstanbul" adlandırılıb. Yağı düşmən yağmalamağa çalışsa da, tarixin izlərini itirməyə müfəvvəq olmayıb. Çünki tarix həqiqətin tərəfindədir. Əylis 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə "Əylis" və "Səhrayi Əylis" kimi qeyd olunmuşdur. Bundan 137 il sonra, yəni 1727-ci ildə osmanlılar tərəfindən tərtib olunmuş "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə isə bu kəndlər Yuxarı və Aşağı Əylis kəndləri kimi göstərilmişdir.

Əylis toponimindən bəhs edərkən filologiya elmləri doktoru Adil Bağırov "Əylis" sözünün Əl-Leys, Ağ Kilis və Ağ Ulus kimi formalarından bəhs edir və göstərir ki, bütün hallarda bu toponim əski türk dilində izah olunur. Əylisin qədim sakinləri buranı "Ağ Ulus" adlandırmışlar. "Ağ" sözü bu gün də dilimizdə qalan rəng mənasında izah oluna bilər. "Ulus" sözü qədim türk mənbələrində şəhər mənasında işlənir.   Qoynunda əsrlərin yadigarı olan tarixi abidələri yaşadan Əylis açıq səma altında muzeyi xatırladır. Muzeyin qapılarını açıb içəri daxil olduqda Orta əsrlərin məşhur şəhərlərindən olan Əylisin zəngin tarixini diktə edən izləri-eksponatları ilə üz-üzə dayanırsan.

Orta əsrlər şəhəri-Əylis

Rayon mərkəzindən 12 km məsafədə yerləşən Yuxarı Əylis kəndi orta əsrlər zamanı Naxçıvan bölgəsinin inkişaf etmiş yaşayış məskənlərindən olub. Əylis bölgənin mühüm ticarət, sənətkarlıq və mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir. Əylis xüsusən də, Səfəvilər dovrundə Naxcıvan bolgəsində diqqəti cəlb edən şəhərlərdən idi. İqtisadiyyatında ipək və digər mallarla ticarətin üstünlük təşkil etdiyi Əylis şəhəri XVI yüzillikdən etibarən Səfəvi şahlarının xüsusi himayəsinə keçməklə xass kimi (feodalizm dövründə Yaxın şərq ölkələrində, o cümlədən Azərbaycanda hökmdara və onun ailə üzvlərinə məxsus torpaq sahəsi) toxunulmaz mahal idi. Şahın belə xususi himayəsi buranın ticarət imkanlarını genişləndirmişdir. 

Hindistan, Cin, Mərkəzi Asiya olkələri, Qara dəniz və Aralıq dənizi vasitəsilə Avropa olkələrini Səfəvi torpaqları ilə birləşdirən yollar Naxcıvan ərazisindən kecdiyindən burada ticarət ucun boyuk bazarlar və digər alış-satış məntəqələri fəaliyyət gostərirdi. Kəndin mərkəzində, hazırda Bazar meydanı adlanan yerdə orta əsrlər zamanı böyük ticarət mərkəzi olmuş, müxtəlif ölkələrdən gələn tacirlər burada alver etmişlər. 

Əylisin mərkəzində yerləşən boyuk bir karvansara da ticarətin inkişafına xidmət etmişdir. Bu karvansara 1680-ci ildə Əylisli Musa bəy tərəfindən tikilmişdir. Həmin karvansaranın qalıqları bu gün də Yuxarı Əylis kəndinin mərkəzində qalmaqdadır. 

Əylis cayının uzərindən xalq arasında Şah Abbas korpusu kimi tanınan korpu salınmışdır. Həmin  körpü mühüm ticarət, iqtisadi əhəmiyyətə malik bir abidə olub. Orta əsrlərdə Ordubad-Əndəmic-Əylis istiqamətində hərəkət edən ticarət karvanları bu körpüdən keçərək Əylis bazarına daxil olurmuş.

Əylis tacirləri Yaxın Şərq və Qərbi Avropa ölkələri ilə ticarət əlaqələrinə girmiş, həmin ölkələrə bir sıra mallarla yanaşı, ipək ticarəti etmişlər. Belə ki, həmin dövrdə Naxçıvan bölgəsində əhalinin məşğul olduğu kənd təsərrüfatı sahələrindən biri də ipəkçilik olmuşdur. Bölgə ərazisində təsərrüfatın bu sahəsinin geniş yayıldığı yer Ordubad idi. Buranın mülayim iqlim şəraiti ipəkqurdunun yetişdirilməsi üçün əlverişli sayılırdı. İstehsal edilən məhsul xarici ölkələrə ixrac edilirdi. Bu mənada Əylis də ipək ixracatında əsas mərkəzlərdən sayılırdı. Burada ipəkçilik nəsildən-nəslə keçən sənətkarlıq sahəsi idi. XIX əsrin 60-cı illərində Əylisdə 50 dəzgahdan ibarət ilk ipəksarıma fabriki fəaliyyət göstərmişdir. 

Kənddə hələ də  qalıqları qalan və el arasında "Qala qapısı" adlandırılan yer olub. Bu yer orta əsrlər zamanı gömrük məntəqəsi rolunu oynamış, cənub yolu ilə şəhərə daxil olan və şəhəri tərk edən adamlar və mallar burada yoxlanmış və qeydiyyatdan keçmişdir. Bütün bu faktlar ticarət və sənətkarlıq mərkəzi olan Əylisin inkişaf etmiş bir şəhər kimi daim diqqət mərkəzində olduğunu göstərir.  

Qədim məhəllələr, kəhrizlər

Əylisdə indiyədək qalan qədim yaşayış evləri, memarlıq abidələri və onların qalıqları, hətta kənddə XVII əsrdə kəhriz sisteminin mövcud olması burada əhalinin böyük imkanlara, yüksək mədəni səviyyəyə malik olmasından xəbər verir. Bazar, Qarabağ, Meydan, Şam, Nov, Nuhgədih, Şora və digər kəhrizlər bu torpağın inciləridir. Mənbələr göstərir ki, Əylisdə kəhrizlərin sayı 45-dən çox olub. Bu gün də Əylisdə onlarla kəhriz işlək vəziyyətdədir. Bu qurğular quruluşuna görə sadə və mürəkkəb formaya malik  olub bu gün üçün əvəzolunmaz tarixi-mədəniyyət abidəsidir. Su sistemlərində pilləli kaskad tipi prinsipindən istifadə edilməsi məsələsi Avropada XX əsrin əvvəllərində su elektrik stansiyalarında tətqbiq olunmuşdur. Halbuki Ordubad və Əylis kəhriz sistemlərində pilləli su sistemlərindən istifadənin tarixi çox-çox qədimlərə gedib çıxır. Qarabağ kəhrizi kəndin Qarabağ məhəlləsində yerləşir. Bu məhəllədə əsasən 1918-ci ildə ermənilərin törətdiyi soyqırım nəticəsində Zəngəzur mahalından gələnlər məskunlaşıb. Keçmişdə inşa olunan evlər sırasında demək olar ki, birmərtəbəli evə rast gəlmək mümkün deyil. Evlər iki va ya üçmərtəbəli tikilib. Giriş qapısı Ordubad şəhərinin qədim məhəllələrində olan evlərin giriş qapısı ilə eynidir. Səkkizüzlü bölüşdürücü dəhlizə malikdir.  Vəraqut məhəlləsi kəndin ən qədim məhəllələrindən sayılır. Burada köhnə tikililərin, qala divarlarının qalıqları, buzxana tipli binalar, məscid, eləcə də bu ərazidə daha çox qalan qədim evlərdə hələ də yaşayışın davam etməsi bunu sübut edir. 

Əylisdə bu gün də öz qədim adını qoruyub saxlayan yerlər məsələn, Xanbağı, Xanlar məhəlləsi, Bəylər yeri, Xoşkeşin adlı məhəllələr mövcuddur.  Küçələrin daş döşəməsi, qala qapılarının izləri, uca divarlar orta əsrlər mədəniyyətinin bariz nümunələridir. 

Meydan məhəlləsi. Bura Yuxarı Əylisin ən qədim və əsas məhəllələrindən sayılır. Bu məhəllə özündə 4 tarixi abidəni hifz edir. Orta əsrlərin yadigarı olan məscid və ona bitişik mədrəsə, hamam, kəhriz. 

Zəmanəmizədək nisbətən salamat vəziyyətdə gəlib çatmış məscid Meydan məhəlləsində yerləşdiyinə görə "Meydan məscidi" də adlanır. Son illərdə məsciddə təmir işləri aparılıb. Şəhərin mədəni həyatında əhəmiyyətli rol oynamış ikimərtəbəli mədrəsə binasının üzərində dəqiq inşa edilmə tarixini gostərən kitabə olmasa da, memarlıq xususiyyətlərinə, tikinti konstruksiyasına və məscid kompleksinə aid olması onun Səfəvilər dovrundə tikildiyini gostərir. Orta əsrlər dövründə belə bir mədrəsənin fəaliyyət göstərməsi həmin dövrdə elmə, biliyə nə qədər önəm verildiyinin göstəricisidir. Dini biliklərlə yanaşı, dünyəvi biliklərin də tədris olunduğu mədrəsədə Əylis şəhərinin və ətraf yerlərin uşaqları təhsil almışlar. Əylisdə yeni tipli məktəb 1912-ci ildə  açılıb. Naxçıvan Muxtar Respublikasının yaradılmasının fəal iştirakçılarından olan Naxçıvanın maarif komissarı Mirzə Vahab Həsənzadə 1912-ci ildə seminariyanı bitirdikdən sonra doğma kəndinə -Yuxarı Əylisə qayıdıb, vətən övladlarının maarifləndirilməsi, savadlandırılması üçün "Üsuli-cədid" məktəbi təsis edib. Zəngəzurdan gələn qaçqınları da təhsilə cəlb edib. Hətta  M.V.Həsənzadə İkinci Dünya müharibəsi illlərində öz evinin yarısını məktəbə verib.

Məscidin şimal-şərq tərəfində məscidə bitişik hamam vardır. Nisbətən dağılmış vəziyyətdə gəlib çatan hamamın hazırkı görkəmi və ölçüləri göstərir ki, o çox möhtəşəm bir abidə olub. Böyük bir hissəsi yerin altında qalan hamam uçulmuş halı ilə belə bu gün də diqqəti cəlb edir. Hamamın altından keçib məscidin qarşısına çıxan çeşmə Meydan çeşməsi adlanır. Vaxtı ilə hamam bu çeşmənin suyu ilə işlədilib. Məscid, mədrəsə, hamam və çeşmə ümumilikdə bir kompleks təşkil edir və Əylisin qədim Azərbaycan torpağı olduğunu sərgiləyir. 

Ermənilər Əylisdə necə məskunlaşıb? 

(adsgarden = window.adsgarden || []).push({});