Qəhrəmanlının ailəsində baş vermiş xoşagəlməz hadisə ilə əlaqədar bir sıra qeyri-hökumət təşkilatları bəyanat yayıb


Digərləri 24 Sen 2019 17:05:00 207 0

Qəhrəmanlının ailəsində baş vermiş xoşagəlməz hadisə ilə əlaqədar bir sıra qeyri-hökumət təşkilatları bəyanat yayıb

Selcan Yağmur və Zümrüd Yağmurun ailəsində baş vermiş xoşagəlməz hadisə ilə əlaqədar bir sıra ailə, qadın və uşaq problemləri üzrə qeyri-hökumət təşkilatları tərəfindən bəyanat yayılıb.

Bakı. Samir Əli - Selcan Yağmur və Zümrüd Yağmurun ailəsində baş vermiş xoşagəlməz hadisə ilə əlaqədar ailə, qadın və uşaq problemləri üzrə bir sıra qeyri-hökumət təşkilatları tərəfindən bəyanat yayılıb. Trend-in məlumatına görə, bəyanatda deyilir: "Bir neçə gün öncə müxalifət partiyalarından birinin rəhbərliyində təmsil olunan Fuad Qəhrəmanlı adlı şəxsin yetkinlik yaşına çatmayan qızı Selcan Yağmura və həyat yoldaşı Zümrüd Yağmura qarşı zorakılıq edərək onlara iztirablar verməsi barədə bütün kütləvi informasiya vasitələrində yayılan gənc qız Selcan Yağmurun sosial şəbəkə statusu və video görüntüləri geniş ictimai rezonansa səbəb olmuşdur. Belə ki, təəssüf hissi ilə vurğulanmalıdır ki, cəmiyyətin göstərdiyi biganəliyə öz etiraz səsini ucaldan Selcan şəxsi profilində atası Fuad Qəhrəmanlı tərəfindən özünün dizinin, anası Zümrüd Yağmurun isə barmaqlarının sındırıldığını, bütün bunların onun və 10 yaşlı bacısı Sənayın gözü önündə baş verdiyini ürək ağrısı ilə açıqlamış, bu zorakılıq qarşısında susmamaq mövqeyini seçmişdir. Ailədə baş verən mütəmadi şiddət, zorakılıq və iztirablara baxmayaraq Zümrüd Yağmur fədakarlıq göstərərək ailəsinin dağılmaması üçün uzun müddət səbr etsə də, əri Fuad Qəhrəmanlının islah olunmadığını görərək nikahın pozulması məqsədilə məhkəməyə müraciət etmişdir. Baş vermiş bu xoşagəlməz hadisələr qarşısında əgər Selcan atası təfəkkürdə olanların ona qarşı hər cür təzyiq göstərəcəklərini və bütün neqativ addımları atacaqlarını göz önünə alaraq, ona və anasına qarşı göstərilən şiddəti çəkinmədən ictimailəşdirirsə, o zaman vətəndaş kimi hər birimizin borcudur ki, bu məsələyə Selcanın mövqeyindən yanaşaraq ona hər cür dəstək göstərək və hadisəni törətmiş Fuad Qəhrəmanlının siyasi statusundan asılı olmayaraq layiqli cəzasına çatmasına hamılıqla nail olaq.