Real Madrid-in futbolçusu zədələndi


İdman 24 Sen 2019 16:37:00 363 0

Real Madrid-in futbolçusu zədələndi

İspaniyanın Real Madrid komandasının futbolçusu Ferlan Mendi zədələnib.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı cinah müdafiəçisinin sol ayağında problem aşkarlanıb. Fransalı oyunçunun 2-3 həftə yaşıl meydanlardan kənarda qalacağı vurğulanıb.

Qeyd edək ki, Mendi iyun ayında Fransa Lyon-undan Real Madrid-ə keçib.