Magistraturaya qəbul planında qiyabi təhsilə yer ayrılmaması əmək bazarına mənfi təsirini göstərəcək DİM


Digərləri 24 Sen 2019 16:12:00 379 0

Magistraturaya qəbul planında qiyabi təhsilə yer ayrılmaması əmək bazarına mənfi təsirini göstərəcək  DİM

Fikrimizcə, qiyabi təhsil formasından tamamilə imtina etməkdənsə, onun distant təhsil forması ilə əvəz edilməsi daha məqsədəuyğundur.

Son.az Trend-ə istinadən bildirir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin (DİM) 2018-2019-cu tədris ili üçün tələbə qəbulu ilə bağlı elmi-statistik təhlilində yer alıb.

DİM hesab edir ki, dünya təcrübəsində də bu təhsil formasından geniş istifadə olunur və respublikada informasiya-kommunikasiya texnologiyalarının hazırkı səviyyəsi bu cür təhsil formasının həyata keçirilməsi üçün geniş imkanlar yaradır.

Mərkəzin təhlilində qeyd edilib ki, 2012-ci ildə ilk dəfə olaraq bakalavrlara təhsilalma formasının (əyani və ya qiyabi) müəyyənləşdirilməsində yeni seçim imkanı yaradılmışdı. Belə ki, magistratura səviyyəsinə qəbul olan bakalavrlar qəbul olduqları təhsil müəssisələrində qeydiyyatdan keçərkən istədikləri təhsilalma formasını (əyani və ya qiyabi) seçmişdilər. Bakalavrlar bu imkandan maksimum yararlanmağa çalışmışdılar. Nəticədə 2011-ci illə müqayisədə 2012-ci ildə qiyabi təhsilalma formasını seçənlərin nisbi sayı yüksəlmişdi. Belə ki, əgər 2011-ci ildə bu cür seçim imkanı olmadığı üçün qəbul olanların yalnız 27.3%-i qiyabi təhsil verilən ixtisaslaşmaları seçmişdisə, 2012-ci ildə artıq qiyabi təhsil almağa üstünlük verənlər qəbul olanların 35.5%-ni təşkil etmişdilər: