APOEL - Qəbələ matçını qazaxıstanlı hakimlər idarə edəcək


İdman 24 Sen 2019 16:18:00 288 0

APOEL - Qəbələ matçını qazaxıstanlı hakimlər idarə edəcək

Kiprdə APOEL və "Qəbələ" komandaları arasında keçiriləcək UEFA Gənclər Liqasının I raundunun ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

Goal.az-ın məlumatına görə, Nikosiyadakı matçı qazaxıstanlı hakimlər briqadası idarə edəcək. Baş hakim Furkat Atacanova Denis Labaşyov və Sergey Kalaçyov kömək göstərəcək. UEFA nümayəndəsi Vasko Doyçinovski (Makedoniya), hakim-inspektor Xristos Nikolaidis (Kipr) olacaq. 

Oktyabrın 2-də keçiriləcək APOEL - "Qəbələ" görüşü Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Cavab oyunu oktyabrın 24-də Qəbələdə olacaq. 

Qeyd edək ki, 33 yaşlı Furkat Atacanov indiyə qədər 11 beynəlxalq görüş (ikisi UEFA Gənclər Liqasında) idarə edib. Bu görüşlərdə 49 sarı, 4 qırmızı vərəqə göstərən referi 2 dəfə də penalti təyin edib. Onun yolu heç vaxt Azərbaycan klubları və milli komandaları ilə kəsişməyib.