Qarabağ-ın futbolçusu müayinə üçün İspaniyaya yollanacaq


İdman 24 Sen 2019 15:56:00 286 0

Qarabağ-ın futbolçusu müayinə üçün İspaniyaya yollanacaq

Premyer Liqanın V turunda “Zirə” ilə səfər matçında zədələnən “Qarabağ"ın futbolçusu Xayme Romeronun durumuna aydınlıq gəlib.

Goal.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki,  29 yaşlı yarımmüdafiəçinin çiyin bağlarından biri qırılıb və digəri isə zədələnib. Xaymenin 10-15 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Futbolçu bu gün tibbi yoxlanış üçün İspaniyaya yollanacaq. Ehtiyac duyulacağı təqdirdə, əməliyyat olunacaq.

Qeyd edək ki, Romero “Qarabağ”ın “Zirə”ni 3:1 hesabı ilə məğlub etdiyi oyunun 82-ci dəqiqəsində zədələnib və Toral Bayramovla əvəzlənib.