Türkiyədə miqrantları aparan avtobus qəzaya uğradı


Dünya 24 Sen 2019 15:52:00 258 0

Türkiyədə miqrantları aparan avtobus qəzaya uğradı

Türkiyənin cənubundakı Hatay vilayətində miqrantları aparan avtobus hərbi maşınla toqquşub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər həlak olub, 27 nəfər isə yaralanıb.

Yaralılar arasında iki hərbçinin də olduğu deyilir.

Qeyd olunur ki, avtobus Türkiyədən deportasiya olunan miqrantları aparırmış.