Komitə sədrindən azərbaycanlılara dəstək Həmyerlilərimizlə İstanbulda görüşdü VİDEO FOTO


Digərləri 24 Sen 2019 15:43:00 221 0

Komitə sədrindən azərbaycanlılara dəstək  Həmyerlilərimizlə İstanbulda görüşdü  VİDEO  FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İstanbulda yaşayan azərbaycanlılarla görüşüb.

Son.az xəbər verir ki, Komitədən Trend-ə verilən məlumata görə, Türkiyədə yaşayan bütün azərbaycanlıları dəstəkləyəcəyini deyən F.Muradov həmvətənlərimizin bu ölkədən deportasiya edilməsi ilə bağlı xəbərlərin əsassız olduğunu bildirib.

Görüşə çox sayda ictimai təşkilat və dərnək üzvləri qatılıb.

F.Muradov Türkiyədə fərqli sektorlarda layihə həyata keçirən azərbaycanlılara dəstək olacağını deyib.

Türkiyədə 21 min azərbaycanlı tələbənin təhsil aldığını bildirən Fuad Muradov onlara dəstək üçün işlərin davam etdiyini söyləyib:

"Azərbaycanlı tələbələrin xaricdə təhsil üçün ən çox üz tutduğu ölkə Türkiyədir. Onların bəzi məsələləri var idi ki, bunları həll etməyə çalışırıq. Diplomların tanınması, birgə universitetlərin və tədbirlərin həyata keçirilməsi ilə bağlı - bu istiqamətlər üzrə hökumətlərarası komissiya fəaliyyət göstərirdi. Yaxın zamanda bunların icrasına başlanacaq".

F.Muradov 90-cı illərdə Azərbaycandakı çətin vaxtlarda Türkiyəyə gedib sənədsiz yaşayan həmvətənlərimizlə bağlı işlər aparılmasına diqqət çəkib:

(adsgarden = window.adsgarden || []).push({});