Viktor Yanukoviç Ukraynaya dönməyə hazırlaşır


Dünya 24 Sen 2019 15:38:00 267 0

Viktor Yanukoviç Ukraynaya dönməyə hazırlaşır

Ukraynanın sabiq prezidenti və hazırda Rusiyada məskunlaşan Viktor Yanukoviç öz vətəninə dönməyə hazırlaşır.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə V. Yanukoviçin vəkili Vitaliy Serdyukov  "5 kanal"a açıqlamasında deyib.

Vəkil deyib ki, hazırda bu istiqamətdə işlər gedir: "Biz hazırda bu istiqmətdə fəaliyyət göstəririk. İstəyirik ki, sabiq prezident Ukraynaya döndükdən sonra həbsxanaya düşməsin".

Qeyd edək ki, Ukrayna məhkəməsi sabiq prezident Viktor Yanukovişi 13 il müddətində azadlıqdan məhrumetmə barədə qərar çıxarıb. Məhkəmə Ukraynada keçirildiyindən Yanukoviç Kiyevə getməyib.