Ərindən ayrılan qohumunu barışdırmaq istədi, sonda ikisini də öldürdü


Kriminal 24 Sen 2019 14:47:00 322 0

Ərindən ayrılan qohumunu barışdırmaq istədi, sonda ikisini də öldürdü

Paytaxtın Binəqədi rayonunda iki nəfəri qətlə yetirməkdə təqsirləndirilən Vəli Behbudov cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.

Belə ki, fevralın 5-də, saat 11:30-da "28 May" qəsəbəsi ərazisində, orada yaşayan 27 yaşlı Məmmədov İlkin Elman oğlu və 25 yaşlı Muradzadə Sevinc Yaşar qızının cəsədləri tapılıb. İlkin məlumata görə, oğlan bıçaq zərbəsi ilə, qız isə boğularaq qətlə yetirilib. 

Bir müddət sonra Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları bu iki nəfəri qətlə yetirməkdə şübhəli bilinən şəxsi saxlayıblar. Məlum olub ki, o, Sevinc Muradzadənin yaxın qohumu, Beyləqan rayonunun 30 yaşlı sakini Behbudov Vəli Əli oğludur.

İlkin araşdırma zamanı məlum olub ki, Məmmədovla Muradzadə əvvəllər evli olublar və sonra rəsmən boşanıblar. Bir il əvvəl bu evlilikdən uşaq dünyaya gəlib. Lakin cavanlar yola getmədiklərindən, ayrılmaq qərarına gəliblər. İstintaqın versiyasına görə, Behbudov hakim missiyasını öz üzərinə götürərək ayrılmış cavanları barışdırmağa çalışıb. O, bu humanist missiya ilə qohumu Muradzadəni götürərək Məmmədovun "28 May" qəsəbəsindəki evinə gətirib. Lakin orada heç də hər şey Behbudovun planlaşdırdığı kimi olmayıb.