Beynəlxalq Muğam Mərkəzində italyan pianoçunun konserti keçirilib FOTO


Kriminal 24 Sen 2019 13:53:00 240 0

Beynəlxalq Muğam Mərkəzində italyan pianoçunun konserti keçirilib  FOTO

Sentyabrın 22-də ilk dəfə olaraq Beynəlxalq Muğam Mərkəzində italiyalı pianoçu, beynəlxalq müsabiqələr laureatı Aleksandr Hacıyevin solo konserti keçirilib.

XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən konsertdən əvvəl əslən Azərbaycanlı olan italiyalı pianoçu təəssüratlarını bölüşüb. Bildirib ki, Azərbaycanın milli muğam sənətinin simvolu olan səhnədə çıxış etməyim də mənim üçün bir hadisədir. Çox gözəl səhnədir. Binanın arxitekturası çox gözəl təəssürat yaradır.

Daha sonra əslən Azərbaycanlı olan italıyalı pianoçu festivalın növbəti, səbirsizliklə gözlənilən konsert proqramını təqdim etdi. Konsertdə Mədəniyyət naziri Əbülfəs Qarayev və musiqi ictimaiyyətinin nümayəndələri iştirak edib. İfaçının proqramına Bethoven, Ferens List, Sergey Prokofyev  kimi klassik bəstəkarların əsərləri daxil edilib. Bir çoxları üçün əslən serbiyalı kimi tanınan Aleksandr Hacıyevin doğma vətənində ilk çıxışı həm pianoçu həm də tamaşaçılar üçün yaddaqlan olub.