Beşiktaş-ın prezidenti istefa verdi - "üzgünəm" - VİDEO


İdman 24 Sen 2019 13:48:00 262 0

Beşiktaş-ın prezidenti istefa verdi - "üzgünəm" - VİDEO

Beşiktaş-ın prezidenti Fikret Orman istefa verəcək.

Goal.az xəbər verir ki, bu barədə 52 yaşlı funksionerin özü mətbuat konfransında bildirib.

"Beşiktaş-ın dəyişikliyə ehtiyacı var. Hazırda yaxşı məşqçimiz, yaxşı heyətimiz var. Kluba neqativ aura verən mənəm. Bu işə Beşiktaş sevgisi ilə gəlmişəm. Əlimizdən gələnin ən yaxşısını etdik. Bizim etdiklərimizi digər klublar təkrarlayırlar. Bütün bunları görmək xoşdur. Beşiktaş-dan 100 lirə belə mənfəət qazanmamışam. Səhvlərimiz olub, ancaq klubun mənafeyi üçün etdiyimiz yaxşı işlər daha çox olub. Stadion tikintisi üçün icazə yox idi, çox əziyyət çəkdik, prezident də yardımçı oldu. Bir müddət qaçqın kimi idik, hər oyunumuz bir stadionda olurdu. O zaman heç gəlir əldə etmədik. Ünvanıma səslənən söyüşlərə layiq deyiləm. Sosial mediada qızlarım belə təhqir olundu. Davamlı böhtanlar atıldı. Həmişə anlatmağa çalışdım ki, Beşiktaş-a sahib çıxın. Ancaq hədəf məni qoydular. Yorğun deyiləm, ancaq incik və üzgünəm".

O, İstanbul təmsilçisinə ziyan verdiyi üçün bu addımı atacağını diqqətə çatdırıb.

Qeyd edək ki, Fikret Orman 2012-ci ildən Beşiktaş-ın prezidentidir.