Azərbaycan sərhədində hərbçini bıçaqlayan şəxsi belə tutdular ANBAAN VİDEO


Digərləri 24 Sen 2019 13:01:18 276 0

Azərbaycan sərhədində hərbçini bıçaqlayan şəxsi belə tutdular  ANBAAN VİDEO

Sentyabrın 20-si saat 21:05 radələrində Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində baş verən hadisənin görüntüləri yayılıb.

Son.az azxeber.com-a istinadla xəbər verir ki, ötən gün hadisə barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi ətraflı məlumat yaymışdı.

Məlumatda bildirilirdi ki, sərhəd zastavasının xidməti sahəsində içərisində 2 nəfərin olduğu avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb etmişdir.

Şübhəli şəxs gizlin yerdən bağlama götürərək hadisə yerindən uzaqlaşmağa cəhd edərkən sərhədçilər tərəfindən ona "dayan" əmri verilmiş, lakin o, əmrə tabe olmayaraq ərazidən uzaqlaşmağa çalış­mışdır.

Sərhəd naryadı tərəfindən yaxalanması zamanı şübhəli şəxs müqavimət göstərmiş, baş leytenant Allahverdi İsmayılova bıçaq ilə xəsarət yetirmişdir.

Buna baxmayaraq sər­hədçi zabit şücaət nümayiş etdirmiş və cinayətkarı tərkisilah edərək saxlamışdır.

Hadisə zamanı xəsarət almış sərhədçiyə təxirəsalınmaz tibbi yardım göstərilib. Onun vəziyyəti qənaətbəxşdir.

Saxlanılan şəxsin 1975-ci il təvəllüdlü Cəlilabad rayon sakini Əliyev Elşən Dövlət oğlu olması müəyyənləşdirilmiş, əraziyə atılmış bağlamaya baxış zamanı içərisində 1 kq 125 qram "marixuana", 1 kq 10 qram "tiryək" və 450 qram "heroin" narkotik vasitə aşkarlanaraq götürülmüşdür.

İdarə etdiyi avtomobil ilə hadisə yerindən qaçmış digər şəxsin saxla­nılması istiqamətində təxirəsalınmaz əməliyyat-qoşun tədbirləri həyata keçirilib.

(adsgarden = window.adsgarden || []).push({});