Bakıda qadın gənc sevgilisi tərəfindən qətlə yetirildi,


Kriminal 24 Sen 2019 13:10:49 197 0

Bakıda qadın gənc sevgilisi tərəfindən qətlə yetirildi,

Dünən axşam saatlarında Bakının Yasamal rayonunda qətl hadisəsi baş verib. 

Son.az xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Belə ki, sentyabrın 23-ü saat 21:30 radələrində Yeni Yasamalda 1 nömrəli evin mənzilində 1970-ci il təvəllüdlü Maya Arif qızının meyiti tapılıb. 

Qadın qətlin qurbanı olub. Naməlum şəxs qadına biri kürəyinə, digəri sinəsinə olmaqla iki bıçaq zərbəsi vurub. Faktla bağlı cinayət işi açılıb. 

Aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. 

Əldə olunan məlumata görə, qətli 1987-ci il təvəllüdlü Lənkəran rayon sakini törədib. Sözügedən şəxs hələ saxlanılmadığından adı açıqlanmayıb. 

Şübhəlinin narkotik istifadəçisi olduğu bildirilir. Bildirilib ki, tək yaşayan M.Kərimovanın kişi ilə yaxın münasibəti olub. Hadisə yerini araşdıran kriminoloqlar mənzilin alt-üst edildiyini müşahidə ediblər. Cinayətin tamah məqsədilə törədildiyi ehtimal edilir.