Muğam Mərkəzində konsert olacaq Bolqarıstanın tanınmış violonçel ifaçısı və Xalq artisti çıxış edəcəklər


Kriminal 24 Sen 2019 13:44:00 262 0

Muğam Mərkəzində konsert olacaq  Bolqarıstanın tanınmış violonçel ifaçısı və Xalq artisti çıxış edəcəklər

Sentyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyliyə həsr olunmuş XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bolqarıstanın tanınmış violonçel ifaçısı Veliçka Yoçeva və Azərbaycanın Xalq artisti, pianoçu Murad Hüseynov konsert proqramı ilə çıxış edəcəklər.

Azərbaycanın ən mahir və tanınmış pianoçusu, Xalq artisti  Murad Hüseynov musiqimizi dünyanın mötəbər  səhnələrində layiqincə təmsil edən sənətkarlardandır. Fransanın məşhur "Mezzo"musiqi  telekanalında ilk çıxış edən Azərbaycanlı musiqiçi bu günə kimi dünyanın məhşur kollektivləri ilə bir səhnəni bölüşüb.

Məşhur violonçel ifaçısı Veliçka Yoçeva Çaykovski adına Moskva Dövlət  Konservatorioyasının məzunudur.

Hazırda Kanadada yaşayan ifaçı bir çox nüfuzlu beynəlxalq müsabiqələrin qalibi olmaqla yanaşı Monreal Universitetində elmi fəaliyyətini davam etdirir. Veliçka Yoçeva Beynəlxalq Muğam Mərkəzinin səhnəsində ilk dəfə çıxış edəcək. Bu möhtəşəm musiqi tandeminin birgə ifalarından zövq alamaq istəyən hər kəsi 25 sentyabr tarixində saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində gözləyirik. Biletləri iTicket.az dan əldə etmək mümkündür.