Şəhidimiz dəfn olundu VİDEO FOTO


Digərləri 24 Sen 2019 13:13:00 220 0

Şəhidimiz dəfn olundu  VİDEO  FOTO

13:13

Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlu doğulduğu kənddə dəfn olunub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, şəhid əsgərimiz rayonun mərkəzi qəbiristanlığında torpağa tapşırılıb. 

Dəfn mərasiminə rayon icra hakimiyyətinin və Müdafiə Nazirliyinin nümayəndələri qatılıb.

----------

13:12

Həlak olan əsgərimiz son mənzilə yola salınır.

Son.az Trend-ə istinadən bildirir ki, ayının 22-də ermənilər tərəfindən vurulan hərbi qulluqçu Ramin Abdulrəhmanov son mənzilə yola salınır. İzdihamla keçən mərasimə 100-lərlə sakin toplaşıb.

----------

12:00

Yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oxuduğu məktəbdən son mənzilə yola salınacaq.

Son.az Trend-ə istinadən bildirir ki, sentyabr ayının 22-də ermənilər tərəfindən vurulan hərbi qulluqçu R.Abdulrəhmanovla Qubada yerləşən 1 saylı məktbdə vida mərasimi olacaq. Saat 12:00-da baş tutacaq mərasimdən sonra həlak olan əsgərimizin nəşi Quba qəbristanlığında dəfn ediləcək.

Xatırladaq ki, sentyabrın 22-də təmas xəttində yerləşən hərbi hissənin əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

Qeyd edək ki, yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlunun bu gün sosial şəbəkədə şəkilləri yayılıb.

R.Abdulrəhmanovun şəkillərini təqdim edirik.