Azərbaycan qlobal iqlim dəyişikliyinin təsirlərinə məruz qalan ölkələrdəndir - Nazir müavini


Digərləri 24 Sen 2019 11:46:00 226 0

Azərbaycan qlobal iqlim dəyişikliyinin təsirlərinə məruz qalan ölkələrdəndir - Nazir müavini

Azərbaycan qlobal iqlim dəyişikliyinin təsirlərinə məruz qalan ölkələr sırasında yer alır.

Bakı. İlhamə İsabalayeva - Azərbaycan qlobal iqlim dəyişikliyinin təsirlərinə məruz qalan ölkələr sırasında yer alır. Trend-in məlumatına görə, bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev "Kənd təsərrüfatı və torpaqlardan istifadə sektorunda istilik effekti yaradan qazların azaldılması üzrə ölkə potensialının gücləndirilməsinə dair" seminarda deyib. Nazir müavininin sözlərinə görə, bu təsirlər əsasən özünü quraqlıqlar, daşqınlar və temperatur artımı şəklində göstərir. Bu baxımdan, ölkəmiz iqlim dəyişikliyi üzrə qlobal danışıqlar və təşəbbüslərdə fəal şəkildə iştirak edir. R.Hacıyev əlavə edib ki, Azərbaycan hökuməti üçün ekologiya və ətraf mühitin mühafizəsi məsələləri daim prioritet təşkil edib: "Bunun bariz nümunsədir ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan 20-dən çox beynəlxalq konvensiyalara qoşulub. Ölkəmiz Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına 1995-ci ildə qoşulub və 2016-cı ildə həmin Konvensiyaya əlavə olan Paris Sazişini imzalayıb və ratifikasiya edib".