Manaf qızını boşayan kürəkənindən "qisas"ını aldı?


Şou-biznes 24 Sen 2019 11:23:00 266 0

Manaf qızını boşayan kürəkənindən "qisas"ını aldı?

Manaf Ağayevin Almaniya səfərinin təfərrüatı məlum olub.

Son.az xəbər verir ki, bu barədə ölkəyə dönən sənətçi "Hər şey daxil"də danışıb.

Manaf Almaniyaya keçmiş kürəkəni ilə ortaq biznesinə sahib çıxmaq üçün səfər etdiyi iddiaların əsassız olduğunu bildirib. Müğənni səfərinin əsl səbəbini də açıqlayıb:

"Mən Almaniyaya başqa şey üçün getmişdim. Mənim onunla (keçmiş kürəkəni) heç bir iş birliyim yoxdur. Mən Almaniyaya açığı yoxlanmaq üçün getmişdim. Hər şey yaxşıdır. Bununla da bu məsələyə son qoyaq. İnşAllah zaman gələr, hər şeyi görərsiniz. Yəqin ki, səsi çıxacaq".