Bakı Ağ Şəhər layihəsi çərçivəsində Nizami Gəncəvi adına parkda abadlaşdırılma işləri aparılır


Digərləri 24 Sen 2019 11:13:00 247 0

Bakı Ağ Şəhər layihəsi çərçivəsində Nizami Gəncəvi adına parkda abadlaşdırılma işləri aparılır

Bakı Ağ Şəhərin Baş planına uyğun olaraq parkın abadlaşması və genişlənməsi nəzərdə tutulmuşdur.

Bakı. Paytaxtın Xətai rayonu, Nobel prospektində yerləşən, uzun illər şəhər sakinləri tərəfindən sevilmiş Nizami parkı xeyli müddətdir ki, baxımsız qaldığından yararsız vəziyyətə düşmüşdür. Bununla əlaqədar Bakı Ağ Şəhərin Baş planına uyğun olaraq bu parkın abadlaşması və genişlənməsi nəzərdə tutulmuşdur. Hazırda Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən hazırda Nizami parkı ərazisində abadlıq işləri aparılır və gələcəkdə parkın şəhər sakinlərinin istifadəsinə veriləcəyi gözlənilir. Nizami parkı Bakı Ağ Şəhər layihəsinin Park kvartalında yerləşir. Parkın qərbində artıq tikintisi tamamlanan “Knightsbridge Residence” kompleksi, şimalında isə dəniz səviyyəsindən 25 metr hündürlükdə olan 20-mərtəbəli yaşayış binaları yerləşir. Park kvartalında məktəb və uşaq bağçası, biznes mərkəzi, inzibati dövlət binası və yeraltı avtodayanacaqlar, həmçinin müxtəlif bağ və istirahət guşələri, gəzinti xiyabanı, nəzərdə tutulub. Hazırda burada investorlar tərəfindən tikinti işləri aparılır, infrastruktur və abadlıq işləri sona çatmaqdadır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərsu ASC, Azərişıq ASC, Azəriqaz İB və Delta Telekom tərəfindən yaşayış kvartalında avtomobil yolları, su təchizatı, kanalizasiya və yağış suları sistemləri, elektrik xətləri, qaz təminatı boruları və İT kanal sistemləri çəkilməsi tamamlanmaq üzrədir.