“Deyərdin ki, “mamıçka”ma oxşadıblar, əcəb ediblər”


Şou-biznes 24 Sen 2019 10:51:00 256 0

“Deyərdin ki, “mamıçka”ma oxşadıblar, əcəb ediblər”

Əməkdar artist Könül Kərimova ilə müğənni Natavan Həbibi arasında anlaşılmazlıq yaranıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb KİV-lərdə imicini dəyişən Natavanın Kərimovaya bənzədilməsi olub.

Buna əsəbiləşən Həbibi "ATV maqazin onlarla" proqramına mövzu barədə açıqlama verib: "Məni Könül Kərimovaya bənzədərək aşağılamaq istəyirsizsə, ona zəng vurun, cavabınızı alacaqsız. Könül Kərimova gözəl xanım və anadır. Elə bil ki, məni təhqir etmək istədilər. Bəziləri danışığını bilmir. Dəbdən xəbəri olmayanlar eynəyimdə səhv tutursa, mənim sözüm yoxdur. Trenddə olan bir eynək modelidir".