Xalq artisti göz yaşına boğuldu: “Bakıya gəlmək istəyirəm, gələ bilmirəm” VİDEO FOTO


Şou-biznes 24 Sen 2019 11:09:00 271 0

Xalq artisti göz yaşına boğuldu: “Bakıya gəlmək istəyirəm, gələ bilmirəm”  VİDEO  FOTO

ARB TV-nin "Elgizlə İzlə" verilişində xalq artisti Naibə Allahvediyeva ilə olan telefon danışığı yayımlanıb. Son.az bildirir ki, verilişin aparıcısı Elgiz Əkbərlə danışan xalq artisti vətəninə qayıda bilməməsinin səbəbini açıqlayıb: "MRT olundum. Boynumu dopler etdilər. Psixiatr məni danışdırdı. Kardioloq iki dərman yazdı. Evdə qəbul etdim. İki-üç gündən sonra vəziyyətim pisləşməyə başladı. Onlar bilir ki, vəziyyətim pisdir. Mənə dedilər ki, "bizdə maşın yoxdur, siz gəlin". Səhəri gün maşın tutub Şişliyə getdim. Vəziyyətim çox pis idi, iynə vurdular. Bütün bədənim keyimişdi. Mədədən analiz alıb dedilər ki, kiçik bir mikrob var. Dedim, pulum yoxdur. Biletləri almışam, uçmalı idim. Gəlmək istəyirəm, gələ bilmirəm, çünki təzyiqim var. Qayıda bilmirəm".

(adsgarden = window.adsgarden || []).push({});