Azərbaycandan FIFA-nın “The Best” mükafatı üçün verilən səslər


İdman 24 Sen 2019 10:19:00 294 0

Azərbaycandan FIFA-nın “The Best” mükafatı üçün verilən səslər

FİFA "The Best" mükafatının qaliblərini açıqlayıb.

Goal.az xəbər verir ki, yığma komandaların baş məşqçiləri, kapitanları və jurnalistlərin səsverməsi nəticəsində ilin ən yaxşı kişi oyunçusu argentinalı Lionel Messi (Barcelona), ən yaxşı qadın futbolçusu isə amerkalı Meqan Rapino (Rennes) seçilib. Kişi komandaları üzrə ən yaxşı baş məşqçi adına almaniyalı Yurgen Klopp (Liverpool) layiq görülüb. Qadın komandaları üzrə isə amerikalı Jill Ellis (ABŞ millisi) qalib olub. 

Səsvermədə Azərbaycandan kişilərdən ibarət milli komandanın baş məşqçisi Nikola Yurçeviç və kapitan Maksim Medvedev, qadınlardan ibarət yığmanın çalışdırıcısı Siyasət Əsgərovla Sevinc Cəfərova, eləcə də jurnalist Rasim Mövsümov iştirak ediblər. 

Kişi komandaları üzrə ən yaxşı baş məşqçi

Nikola Yurçeviç: Yurgen Klopp, Xosep Qvardiola, Maurisio Poççetino

Maksim Medvedev: Didye Deşam, Yurgen Klopp, Camel Belmadi

Rasim Mövsümov: Yurgen Klopp, Erik Ten Haq, Camel Belmadi

Ən yaxşı kişi futbolçu

Nikola Yurçeviç: Kriştianou Ronaldo, Lionel Messi, Məhəmməd Salah

Maksim Medvedev: Vircil Van Deyk, Məhəmməd Salah, Matteys de Liqt

Rasim Mövsümov: Vircil Van Deyk, Sadio Mane, Məhəmməd Salah

Qadın komandaları üzrə ən yaxşı baş məşqçi

Siyasət Əsgərov: Sarina Viqman, Jill Ellis, Peter Qerxardsson

Sevinc Cəfərova: Jill Ellis, Sarina Viqman, Fil Nevill

Ən yaxşı qadın futbolçu

Siyasət Əsgərov: Meqan Rapino, Aleks Morqan, Vendi Renar

Sevinc Cəfərova: Meqan Rapino, Ellen Uayt, Aleks Morqan