Bakı polisi təlimlərə cəlb olunur


Digərləri 24 Sen 2019 10:01:00 266 0

Bakı polisi təlimlərə cəlb olunur

İctimai asayişin, təhlükəsiz həyatın, qanunçuluğun təminatı, sabitliyin qorunub saxlanılması, cinayətkarlıq hallarının qarşısının alınmasında polis əməkdaşlarının hüquqi, fiziki və mənəvi hazırlığına xüsusi diqqət göstərilir.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, polis işçilərinin biliklərini artırılması üçün müntəzəm olaraq, metodiki-təlim seminar dərsləri keçirilir: "Cəmiyyət tərəfindən polislərin davranışında qəbul olunan və olunmayan dəyərlər, qanunvericiliyin tələbləri izah olunur".

E.Hacıyev deyib ki, polisin cəmiyyət qarşısında məsuliyyətini nəzərə alaraq, vətəndaşlıq mövqeyinin göstəricisi olan təkliflər, müraciətlər ətraflı təhlil edilir, öyrənilir və məqsədəuyğun hesab edildikdə əməkdaşların tədris prosesinə yönəldilir.